AZ

Rusiya Estoniyaya etiraz notası göndərib

Rusiyanın Tallindəki səfirliyi Estoniya Xarici İşlər Nazirliyinə etiraz notası göndərərək Sovet əsgərlərinin dəfn yerlərinin köçürülməsini dayandırmağa çağırıb.

Olaylar xəbər verir ki, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.

"Səfirlik Saaremaa adasındakı Tehumardi kəndində məzar daşlarının sökülməsi və onların altında basdırılmış Qırmızı Ordu əsgərlərinin qalıqlarının planlaşdırılan ekshümasiyası ilə əlaqədar öz kəskin etirazını bildirir", - məlumatda deyilir.

Qeyd olunub ki, Rusiya tərəfi Estoniya Xarici İşlər Nazirliyinə nota göndərərək bu tədbirləri, eləcə də Sovet hərbi memorial irsinin məhvini dayandırmağa çağırıb. (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
5
olaylar.az

10Mənbələr