AZ

Qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərildi

Xaçmazda qadını qətlə yetirərək izi itirməkdə təqsirləndirilən Fərman Dəmirovun cinayət işi üzrə istintaq başa çatıb.

Viral.az-ın xəbərinə görə, cinayət işi baxılmaq üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Hafiz Əliyevin icratına verilib. İş üzrə məhkəmənin ilkin baxış iclası iyulun 31-nə təyin edilib.İttihama görə, Xaçmaz şəhər sakini Şirinbalayeva Mafizə Gülmalı qızının meyiti şəhərin Asif Cəbrayılov küçəsində fərdi yaşayış evlərinin birində tapılıb.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib. İlkin araşdırmalarla onun qətlə yetirildiyi müəyyən olunub. İş üzrə şübhəli şəxs qismində başqa şəxs saxlanılsa da, hadisəni törədən şəxs 6 ay sonra saxlanılıb. Məlum olub ki, qətl hadisəsini mərhumun evinin yaxınlığında tikintidə fəhlə işləyən Dəmirov Fərman Seyfulla oğlu törədib. O istintaqa təhvil verilib.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Seçilən
102
4
viral.az

10Mənbələr