AZ

Yeni dövrün hədəflərinə doğru

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 1 saylı Şərur-Sədərək seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Ziyafət Əsgərovun Kürçülü kənd mərkəzinin iclas zalında Kürçülü, Kürkənd və Maxta kənd seçiciləri, Kərimbəyli kənd mərkəzinin iclas zalında isə Kərimbəyli, Axaməd və Qaraburc kənd seçiciləri ilə görüşü baş tutub.

 

Viral.az xəbər verir ki, görüşlərdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev YAP-ın Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışıb, partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda yüksək nüfuza malik olduğunu deyib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin Ümummilli Lider Heydər Əliyev ideyalarına etimadın və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu deyib. 

 

Deputatlığa namizəd Ziyafət Əsgərov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və praqmatik siyasət nəticəsində ötən illər ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini söyləyib. O vurğulayıb ki, bu hərtərəfli inkişaf bütün regionlarda olduğu kimi, Naxçıvandan da yan keçməyib. Naxçıvan bu gün öz tərəqqi dövrünü yaşayır. Zəngəzur dəhlizinin reallaşması isə Naxçıvanın gələcək inkişafına mühüm töhfələr verəcək.

 

Partiya veteranları Musa Şirəliyev, Lətif Orucov, Əziz Sultanov, şəhid atası Əli İsmayılov, partiya fəalı Məmməd Məmmədov, gənc partiya üzvü Adil Əhmədov çıxış edərək yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP-ın daim xalqın mənafeyindən çıxış etdiyini deyib, seçiciləri uğurların davamına – Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıblar.

 

Seçicilər də öz növbəsində 1 sentyabr tarixində seçki məntəqələrinə gedərək YAP-ın namizədini dəstəkləyəcəklərini deyiblər.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
23
viral.az

10Mənbələr