AZ

Avropa İttifaqı tezliklə öz ordusunu yarada bilməyəcək - AÇIQLAMA

Avropa İttifaqı yaxın gələcəkdə öz ordusunu yarada bilməyəcək.

Redaktor.az xəbər verir ki, bunu Santander Universitetində çıxış edən Aİ diplomatiyasının rəhbəri Xosep Borrel deyib. Onun çıxışı Avropa Komissiyasının xidmətləri tərəfindən yayımlanıb.

"Bu, bir gecədə baş verməyəcək. Suverenliyi müəyyən edən ordu, ortaq valyuta və ümumi sərhədlərdir. Bizə qalan ordunun yaradılmasıdır, lakin bunu etmək çox çətindir. Bizə yekdil qərar lazımdır (Aİ üzvü olan ölkələrin - red.), lakin yekdilliyə nail olmaq çətindir”, - deyə o, Aİ-nin yaxın gələcəkdə öz silahlı qüvvələrini yarada bilməyəcəyini vurğulayıb.

Turan İSMAYIL

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
119
1
redaktor.az

10Mənbələr