AZ

“Möcüzə baş vermədi”: Kiyevdə güllələnən qazax jurnalist Aydos Sadıqov öldü

Qazaxıstanlı müxalifətçi jurnalist Aydos Sadıqov Kiyevdə vəfat edib. Sui-qəsddən sonra o, dərin komada idi.

Qaynarinfo xəbər verir ki, jurnalistin ölümü barədə onun həyat yoldaşı Natalya Sadıqova Facebook səhifəsində məlumat verib. Onun sözlərinə görə, Aydos Sadıqov gecə saatlarında ölüb.

Aydos Sadıqov bu gün Kiyev vaxtı ilə saat 03:00-da bizi tərk etdi. Mənim sevimli ərim, üç övladımızın atası, qazax xalqının böyük oğlu. Aydos Qazaxıstan üçün canını verdi və qatillərin əli ilə şəhid oldu”, - o yazıb.
O, 13 gün reanimasiyada həyat uğrunda mübarizə apardı, lakin "heç bir möcüzə baş vermədi”.

Xatırladaq ki, iyunun 18-də yerli kanallar Kiyevin Şevçenkovski rayonunda atışma səsləri barədə məlumat yayıb. Hadisə yerinə gələn polis müəyyən edib ki, naməlum şəxs küçədə dayanmış, içərisində kişi və arvadın olduğu avtomobilə yaxınlaşaraq, kişini başından vurub, sonra isə yoxa çıxıb. Avtomobildə olan qadın xəsarət almayıb.
Güllə yarası nəticəsində 55 yaşlı zərərçəkən ağır vəziyyətdə tibb müəssisəsinə yerləşdirilib.
Daha sonra Natalya Sadıqova əri Aydos Sadıqovun qətlə yetirilməsinə cəhd edildiyini bildirən bir mesaj yayımlayıb. Bundan sonra Baş Prokurorluq Qazaxıstan vətəndaşını qəsdən öldürməyə cəhdlə bağlı ibtidai istintaqa başlandığını elan edib.

Həmçinin, Baş Prokurorluğun məlumatına görə, zərərçəkmiş və onun həyat yoldaşı, eyni zamanda jurnalist 2014-cü ildən Ukraynada yaşayır və qaçqın statusuna malikdir. Jurnalistin özü YouTube kanalında müntəzəm olaraq Qazaxıstan hakimiyyətini tənqid etməsi ilə tanınır. Xüsusilə, 2022-ci ildə o, ölkədəki etirazları dəstəkləyərək Qazaxıstanın Rusiyadan uzaqlaşmadığını söyləyib.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
4
qaynarinfo.az

5Mənbələr