AZ

Kiyevdə güllələnən qazax bloger öldü

Kiyevdə Qazaxıstanlı müxalifət fəalı və bloger, BASE informasiya kanalının rəhbəri Aidos Sadıkov vəfat edib.

“AzPolitika” xəbər verir ki, bu barədə onun həyat yoldaşı, jurnalist Natalya Sadıkova məlumat yayıb.

“Aidos Qazaxıstan üçün canını verdi, qatillərin əlindən şəhid oldu. On üç gün reanimasiyada həyat uğurunda mübarizə apardı, amma bacara bilmədi. Onun ölümü Tokayevin vicdanına yazılıb”, - o, vurğulayıb.

Aidos Sadıkova sui-qəsd iyunun 18-də onun Kiyevdəki evinin həyətində baş verib. Ukrayna Baş Prokurorluğu bəyan edib ki, qatil blogerin və onun həyat yoldaşının olduğu avtomobilə qaçaraq Sadıkova atəş açıb. Bloger ağır vəziyyətdə xəstəxanaya aparılıb, həyat yoldaşı isə xəsarət almayıb.

Şübhəlilər Qazaxıstanın iki vətəndaşı Altay Jakanbayev və Meiram Karataevdir. Sui-qəsddən sonra onlar yoxa çıxıb, sonra Moldovaya gediblər. İyunun 22-də Qazaxıstanın Baş Prokurorluğu Jakanbayevin polisə təslim olduğunu bildirib.

Ukraynada Altay Jakanbayev və Meiram Karataev qiyabi həbs edilərək beynəlxalq axtarışa verilib. Qazaxıstan hakimiyyəti artıq Sadıqova sui-qəsddə şübhəli bilinən şəxsi Ukraynaya ekstradisiya etməyəcəklərini bəyan edib.

Natalya Sadykova bildirib ki, ərinin öldürülməsinə cəhdin arxasında Qazaxıstan hakimiyyəti dayanır.

Qazaxıstan hakimiyyəti isə bu bəyanatları reallığa uyğun gəlməyən təxribatlar və ehtimallar adlandırır. Prezident Tokayev baş verənləri şərh edərək, Astananın Kiyevlə, o cümlədən İnterpol vasitəsilə əməkdaşlığa hazır olduğunu açıqlayıb.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
4
azpolitika.info

5Mənbələr