AZ

Polis qazax jurnalisti öldürmək istəyənləri tapdı – Xanımı yazdı

İyunun 18-də Kiyevdə atəşə tutulan qazaxıstanlı jurnalist Aydos Sadıqovun həyat yoldaşı Natalya bildirib ki, polis sui-qəsdin səbəbkarlarını tapıb - onların iki Qazaxıstan vətəndaşı olduğu üzə çıxıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Natalya Sadıqova Facebook-da yazıb.

"Ukrayna polisi Aydos Sadıqovu öldürməyə cəhd edənləri tapdı. Onların 9 may 1991-ci il təvəllüdlü Meyram Karataev və 8 fevral 1988-ci il təvəllüdlü Altay Jakanbayev olmaqla iki Qazaxıstan vətəndaşı olduğu ortaya çıxıb. Bu əclaflar sifariş alıb, iyunun 2-də Kiyevə gəlib, kirayədə yaşayıb, Aydosun ardınca düşüb, cinayəti planlaşdırıblar”, - o yazıb.

Onun sözlərinə görə, xüsusən Karataev Kostanay vilayətinin Daxili İşlər İdarəsinin əməkdaşıdır, "o, işçilər arasında atıcılıq yarışlarında birinci yeri tutub".

"Mən Tokayevi sui-qəsd cəhdində ittiham edəndə və ya atıcının peşəkar olduğunu deyəndə yanılmamışam”, - Natalya yazıb.

O, Sadıkovun vəziyyətinin hələ də dəyişmədiyini deyib və dəstəyə görə hər kəsə təşəkkür edib.

Hazırda polis qazaxıstanlı müxalifətçinin həyat yoldaşının verdiyi məlumatı şərh etmir.

Xatıaladaq ki, Kiyevdə, Şevçenkovski rayonunda, iyunun 18-də günorta saatlarında naməlum şəxs avtomobilə yaxınlaşaraq maşında olan qazaxıstanlı müxalifətçi jurnalist Aydos Sadıqova atəş açıb.

Sadıqovun həyat yoldaşı bildirib ki, əri ağır vəziyyətdə reanimasiyadadır . O, həmçinin əmindir ki, sui-qəsddə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin əli olub.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iyunun 18-də Kiyevdə qazaxıstanlı jurnalist Aydos Sadıqova hücumu şərh edərkən deyib ki, lazım gələrsə, Qazaxıstanın rəsmi qurumları istintaqa qoşulmağa hazırdır.
Arayış üçün: Sadıqovlar 2014-cü ildə Qazaxıstandan Kiyevə köçüblər. Aydos Sadıqov vətənində, iddia etdiyi kimi, siyasi motivlərlə cinayət təqibinə məruz qalıb. Ukraynada onlar qaçqın statusu alıblar və özlərinin "Basse” YouTube kanalını idarə ediblər, orada Qazaxıstan hakimiyyətini və oliqarxlarını tənqid ediblər və 2022-ci ildə Qazaxıstanda keçirilən etirazlara dəstək veriblər. 2023-cü ilin payızında Aydos və Natalya Sadıqovlar Qazaxıstan hakimiyyəti tərəfindən nifrət salmaq ittihamı ilə axtarışa verilib.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
4
qaynarinfo.az

5Mənbələr