AZ

Hollandiya Müdafiə Nazirliyi: 24 ədəd F-16-nın Ukraynaya ixracına icazə verilib

Hollandiyanın müdafiə naziri Kajsa Ollonqren ölkə hökumətinin 24 ədəd F-16 döyüş təyyarəsinin Ukraynaya ixracına icazə verdiyini və ilk təyyarələrin ən qısa zamanda Ukraynaya göndəriləcəyini bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Rusiya parlamentinin aşağı palatası Dumada Müdafiə Komitəsinin sədri Andrey Kartapolov qeyd edib ki, F-16-lar Ukraynadakı münaqişələrdə iştirak edərsə, bu təyyarələr və onların yerləşdiyi bazalar Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov F-16-nın Ukraynaya çatdırılmasını NATO-nun nüvə sahəsində düşünülmüş siqnalı kimi qiymətləndirəcəklərini bildirib. Bu təyyarələrin cəbhə xəttindəki vəziyyəti heç bir şəkildə dəyişməyəcəyini bildirən Lavrov, Qərb istehsalı olan bütün silah növləri kimi təyyarələrin də məhv ediləcəyini qeyd edib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
24
33
editor.az

10Mənbələr