AZ

Ronaldo gələcək karyerasından danışdı

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldogələcək karyerası ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, futbolçunun sözlərini “X” sosial şəbəkəsində jurnalist Fabrizio Romanov paylaşıb.

Məlumata görə, Ronaldo 2024-cü il Avropa çempionatının karyerasında sonuncu belə turnir olacağını açıqlayıb.

“Bu, əlbəttə ki, mənim son avrom olacaq. Amma bu məni narahat etmir, məni hərəkətə gətirən həvəsdir. Darıxsam da, olmasam da, bu köynək üçün hər zaman hər şeyimi verəcəm. Və bütün həyatım boyu bunu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik”, - Ronaldo bildirib.

Qeyd edək ki, portuqaliyalı hücumçu tarixdə karyerası ərzində altı Avropa çempionatında çıxış edən ilk futbolçu olub.

Mina Mikayılova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
bakivaxti.az

5Mənbələr