AZ

Ronaldo gələcək karyerası ilə bağlı açıqlama verib

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının karyerasında bu cür sonuncu turnir olacağını açıqlayıb.

Editor.az xəbər verir ki, futbolçunun sözlərini X sosial şəbəkəsində jurnalist Fabrizio Romanov çatdırıb. “Əlbəttə, bu mənim son avrom olacaq. Amma bu məni narahat etmir, məni hərəkətə gətirən həvəsdir. Darıxsam da, etməsəm də bu köynək üçün hər zaman hər şeyi verəcəm. Və mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik”,- deyə Ronaldo bildirib.

Qeyd edək ki, portuqaliyalı hücumçu karyerası ərzində altı Avropa çempionatında çıxış edən tarixdə ilk futbolçu olub.

//Gülnarə Abasova, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
4
editor.az

5Mənbələr