AZ

Ronaldo gələcək karyerası ilə bağlı açıqlama verib

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştiano Ronaldo 2024-cü il Avropa çempionatının karyerasında bu cür sonuncu turnir olacağını açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, futbolçunun sözlərini X sosial şəbəkəsində jurnalist Fabrizio Romanov çatdırıb.

“Əlbəttə, bu mənim son avrom olacaq. Amma bu məni narahat etmir, məni hərəkətə gətirən həvəsdir. Azarkeşlərə yazığım gəldi. Darıxsam da, darıxmasam da bu köynək üçün hər zaman hər şeyi verəcəm. Və bütün həyatım boyu bunu edəcəm”,- deyə Ronaldo bildirib.

Ronaldo, "Biz məsuliyyəti öz üzərimizə götürməliyik" dedi.

Portuqaliyalı hücumçu karyerası ərzində altı Avropa çempionatında çıxış edən tarixdə ilk futbolçu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
7
4
operativmm.az

5Mənbələr