AZ

Marin Le Penin "Milli Birlik" partiyası seçkilərin birinci raundunun qalibi oldu

İyunun 30-da Fransada parlament seçkilərinin birinci raundunun qalibi Marin Le Penin "Milli Birlik" (RN) partiyası olub.

Gundem.az xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, ifrat sağçı "Milli Birlik" və müttəfiq sağçı partiyalar növbədənkənar qanunvericilik seçkilərinin birinci turunda 33,15% səslə qalib gəliblər.

Solçu partiyaların ittifaqı olan “Yeni Xalq Cəbhəsi” 27,99% səslə ikinci olub. Prezidentin mərkəzçi koalisiyası isə 20,04% səs toplayıb.

Məlumata görə, seçici fəallığı 66,71% təşkil edib ki, bu da 2002-ci ildən bəri ən yüksək göstəricidir .

Bildirilib ki, bəzi rayonlarda səslərin təkrar hesablanmasından sonra nəticələr bir qədər dəyişə bilər.

Xatırladaq ki, iyunun 9-da Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə prezidentin İntibah Partiyasının sarsıdıcı məğlubiyyətindən sonra Milli Assambleyanın buraxılması və növbədənkənar parlament seçkilərinin təşkili barədə qərarını açıqlayıb. Sonuncu dəfə aşağı palata 1997-ci ildə prezident Jak Şirak tərəfindən buraxılmışdı. (Sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
26
gundem.az

10Mənbələr