AZ

"Marin Le Pen qalib gələcək, Emmanuel Makron rüsvay olacaq" - “Bloomberg”

Xəbər verdiyimiz kimi, Marin Le Pen və müttəfiqlərinin rəhbərlik etdiyi sağçı “Milli Birlik” partiyası Fransada keçirilən növbədənkənar parlament seçkilərinin birinci turunda 33,4 faiz səs toplayaraq qalib gəlib.

Gundem.az bildirir ki, artıq bununla bağlı dünya mediasında qalmaqallı iddialar irəli sürülüb. Məşhur nəşr “Bloomberg” qeyd edib ki,  Marin Le Penin partiyasının qələbəsi Ukrayna üçün təhlükə vəd edir. Nəşrin məlumatına görə, bu həmçinin Avropa İttifaqı və NATO daxilində də sabitliyi pozacaq. 

“Fransada seçkilərin ikinci və həlledici mərhələsinin nəticələrinə dair proqnozlar göstərir ki, ifrat sağçı “Milli Birlik” partiyası zəfərlə qalib gələcək, ölkə lideri Emmanuel Makron isə bununla rüsvay olacaq”, - “Bloomberg” vurğulayıb. Nəşr xatırladıb ki,  Fransada ikinci və həlledici tur altı gündən sonra baş tutacaq.

Xatırladaq ki, iyunun 30-da Fransada növbədənkənar parlament seçkilərinin birinci turu keçirilib. Birinci turda “Milli Birlik”dən Marin Le Pen də daxil olmaqla 39 deputat seçilib. Yeni Xalq Cəbhəsi Partiyası 27,98 faiz səslə (birinci turda 32 deputat) ikinci yeri tutub. Solların koalisiyasını 20,76 faiz səslə Fransa Prezidenti Emmanuel Makron və müttəfiqlərinin koalisiyası izləyir və ondan iki deputat seçilib. Daha sonra Respublikaçılar (6,56 faiz səs, bir deputat) və digər partiyalar (3,67 faiz, iki deputat) gəlir.Bundan sonra kortəbii etirazlar başlayıb. Bəzi etirazçılar mağazaları dağıdıb, küçələrdə zibil yandırıb və iğtişaşlar törədib.(sfera.az)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
26
gundem.az

10Mənbələr