AZ

NATO Le Penin partiyasının seçkilərdə mümkün qələbəsindən əsəbiləşib

NATO üzvləri Marin Le Penin Milli Mitinq partiyası parlament seçkilərində qalib gələrsə, Fransanın alyansla bağlı siyasətində dəyişiklik olacağından ehtiyatlanır.

 

Oxu24.com xəbər verir ki,bu barədə Euractiv NATO-dakı diplomatik mənbələrə istinadən yazır.

 

Qeyd olunur ki, Milli Assambleyada səsvermənin ikinci turunda ifrat sağçılar qalib gəlsələr, onlar ya hökumətə daxil ola, ya da hakim koalisiyanın təşəbbüslərini əngəlləməyə qadir olan güclü parlament azlığına çevrilə biləcəklər.

 

NATO diplomatlarından birinin fikrincə, Emmanuel Makron prezident olaraq qalmasına baxmayaraq, bu, Fransanın xarici siyasətinə təsir göstərə bilər.

 

Mənbə həmçinin qeyd edib ki, bəzi diplomatlar Fransanın yenidən alyansın hərbi komandanlığından çıxa biləcəyindən və həmçinin NATO-ya hazırda olduğundan daha az, aşağı rütbəli hərbçi göndərməyə başlaya biləcəyindən ehtiyat edirlər.

 

İyunun əvvəlində Makronun partiyası Avropa Parlamenti seçkilərində Milli Ralliyə uduzaraq ikinci yeri tutub. Bundan sonra Fransa prezidenti Milli Assambleyanı buraxıb və növbədənkənar seçkilər elan edib.

 

Fransa parlamentinə keçirilən seçkilərin ilk turunda Marin Le Penin Milli Rallisi 33,2% səslə birinci, Makronun “Birlikdə” partiyası 21% səslə üçüncü olub. İkinci yeri sol qüvvələrin “Yeni Xalq Cəbhəsi” alyansı tutub - 28,1%. Analitiklər seçkilərin ikinci turunda Le Penin partiyasının qalib gələcəyini proqnozlaşdırırlar.

 

Bundan əvvəl Le Pen Rusiya Xarici İşlər Nazirliyinin onun fotosu ilə birgə dərcini təxribat adlandırmışdı.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
oxu24.com

10Mənbələr