İyulun 1-də Avropa İttifaqı Şurasının sədrliyi Macarıstana keçib.
News24.az "RİA Novosti"-ə istinadla xəbər verir ki, Macarıstan bu mövqeyi Belçikadan götürüb.
"Gəlin, Avropanı yenidən möhtəşəm edək!" – Macarıstanın Aİ Şurasına sədrliyinin devizi belə olub.
Həmçinin qeyd olunub ki, Macarıstan Avropa İttifaqını əvvəlki rəqabət qabiliyyətinə qaytarmağa çalışacaq.
Qeyd edək ki, Budapeşt iyulun 1-də estafeti Belçikadan təhvil alacaq, dekabrın sonunda isə rotasiya qaydasında onu Polşaya ötürəcək.
Məryəm