AZ

Macarıstan Aİ Şurasına sədrlik edəcək

Macarıstan altı ay müddətinə Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi öz üzərinə götürüb.

Ölkə rəhbərliyi öz qarşısına Aİ-nin rəqabət qabiliyyətini artırmaq vəzifəsini qoyub.

Macarıstanın Aİ işləri üzrə naziri Yanos Boka ölkəsinin sədrliyi üçün yeddi əsas prioriteti qeyd edib: Aİ-nin rəqabət qabiliyyətinin artırılması, Avropanın müdafiə siyasətinin gücləndirilməsi, Aİ-nin genişləndirilməsi, qeyri-qanuni miqrasiya ilə mübarizə, ittifaqın möhkəmlənməsi siyasətinin formalaşdırılması, fermeryönümlü Aİ kənd təsərrüfatı siyasətinin inkişafı və Avropada demoqrafik problemlərinin həlli.

C.Bokanın fikrincə, bu prioritetlər avropalı seçicilərin iradəsini əks etdirir.

Mənbə: Sinxua

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
12
seher.media

10Mənbələr