AZ

Türkiyə və Ermənistan nümayəndələri sərhəddə görüşəcək

İyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq.

Bakupost.az xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri”nə diplomatik mənbələrdən bildiriblər.

Görüş Ermənistan-Türkiyə sərhədində, ola bilsin ki, "Marqara" nəzarət-buraxılış məntəqəsi ərazisində planlaşdırılıb.

Xatırladaq ki, iyunun 11-də Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Ruben Rubinyan “uzun müddətdir ki, rəsmi görüş olmayıb, amma bizim görüşümüz var. Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün baş tutacağına dair razılığa gəldik, ancaq vaxt və yerlə bağlı hələlik razılaşma yoxdur” demişdi. Rubinyan bildirmişdi ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır. Türkiyənin danışıqlar üzrə xüsusi elçisi 7 il ABŞ-da səfir və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifələrində çalışmış Serdar Kılıçdır.

Planlaşdırılan görüşlə bağlı hələlik rəsmi məlumat yoxdur.

Zaur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
bakupost.az

3Mənbələr