AZ

Ermənistan və Türkiyə nümayəndələri sərhədə gəlir

İyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq.

“Cebhe.info” xəbər verir ki, bu barədə “Ermənistan xəbərləri”-nə diplomatik mənbə məlumat verib. 

Görüş Ermənistan-Türkiyə sərhədində, ola bilsin ki, Marqara keçid məntəqəsi ərazisində baş tutsun.

Xatırladaq ki, iyunun 11-də Ermənistan Respublikasının Milli Assambleyasının vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan demişdi ki, uzun müddətdir ki, rəsmi görüş olmayıb: 

“Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün tarixdə baş tutacağına dair razılığa gəldik və hələlik yerlə bağlı razılaşmamız yoxdur”. Rubinyan bildirib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır. Türkiyənin xüsusi elçisi 7 il ABŞ səfiri və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Sərdar Kılıçdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
2
cebheinfo.az

3Mənbələr