AZ

Sərhəddə görüş olacaq - Diplomatik mənbə

İyulun 2-də Ermənistan və Türkiyə nümayəndələrinin görüşü olacaq.

Yenisabah.az Armenian News-a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbə məlumat yayıb.

Görüş Ermənistan-Türkiyə sərhədində, ola bilsin ki, Marqara keçid məntəqəsi ərazisində planlaşdırılıb.

Yada salaq ki, iyunun 11-də Ermənistan Respublikasının Milli Məclisinin vitse-spikeri, Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan demişdi:

"Uzun müddətdir rəsmi görüş olmayıb, amma bizim görüşümüz var. Ermənistan və Türkiyə nümayəndələri arasında yeni görüşün tarixdə baş tutacağına dair razılığa gəldik və hələlik yerlə bağlı razılaşmamız yoxdur”.

Rubinyan bildirib ki, Ermənistan-Türkiyə sərhədindəki Marqara körpüsü artıq təmir olunub və hazırdır. Türkiyənin xüsusi elçisi 7 il ABŞ səfiri və Türkiyə Milli Təhlükəsizlik Şurasının baş katibi vəzifəsində çalışmış Serdar Kılıçdır.

Planlaşdırılan görüşlə bağlı hələlik rəsmi məlumat yoxdur.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
1
1
yenisabah.az

3Mənbələr