Ələt-Astara avtomobil yolunda yanğın olub.BUTA.TVReport-a istinadən xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yük ilə dolu TIR yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub. Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.