RU

Biləsuvarda yük maşını yandı, yol bağlandı - Foto

Ələt-Astara avtomobil yolunda yanğın olub.
BUTA.TVReport-a istinadən xəbər verir ki, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, yük ilə dolu TIR yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub. Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Избранный
38
3
buta.tv

7Источники