AZ

Biləsuvarda yük maşını yanıb, yol bağlanıb

Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonunun keçən hissəsində "Tır" yük avtomobilində baş verən yanğın söndürülüb.

"Report"un Muğan bürosunun məlumatına görə, sözügedən ərazidə yol qismən açılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

22:42

Ələt-Astara avtomobil yolunda yanğın olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, yük ilə dolu "Tır" yük avtomobili alışıb. Hadisə yerinə FHN-in Biləsuvar Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və əməkdaşları cəlb olunub.

Hazırda sözügedən ərazidə yol bağlanıb və uzun tıxac yaranıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
42
2
report.az

7Mənbələr