AZ

“Qarabağ” “Olimpiakos”un sabiq qapıçısı ilə danışıq aparır

“Qarabağ” yaxın günlərdə daha bir qapıçı transfer edə bilər. 

Bizim.Media xəbər verir ki, Ağdam təmsilçisi yunan qapıçı Andreas Yanniotislə danışıq aparır. 

Hazırda Türkiyənin “Kasımpaşa” klubunun qapısını qoruyan təcrübəli qolkiper əvvəllər ölkəsində bir neçə klubda, o cümlədən “Olimpiakos”da çıxış edib. 
Bundan başqa o, İsraildə Tel Əviv “Makkabi”sində də oynayıb. Yanniotisin “Kasımpaşa” ilə daha bir illik müqaviləsi qaldığından keçid üçün “Qarabağ” kompensasiya ödəməlidir.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
107
27
bizim.media

10Mənbələr