AZ

“Lazım olan vaxtda qollar vurmağı bacardıq”

“Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram”. Bunu İsveçrə millisinin baş məşqçisi Murat Yakın İtaliyaya qarşı Avro-2024-ün 1/8 final mərhələsinin oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis vacib oyunda qalib gəldiklərini bildirib: “Çox vacib görüşdə, vacib qələbə qazandıq. Sabah bizi nə gözləyir, onu deyə bilmərəm. Hazırda qalib gələn tərəf bizik, reallıq budur. Meydanın hər qarışı uğrunda mübarizə apardıq və üstün olan tərəf idik. Lazım olan vaxtda qollar vurmağı bacardıq. Anı yaşamağı sevirəm. Əldə etdiyimiz nəticənin dadını çıxarmağa çalışıram”.

Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalında İtaliyaya 2:0 hesabı ilə qalib gələn İsveçrə növbəti mərhələyə yüksəlib. Yığmanın 1/4 finaldakı rəqibi İngiltərə – Slovakiya cütünün qalibi olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
28
futbolinfo.az

10Mənbələr