Türkiyə millisinin və "Real"ın futbolçusu Arda Gülər AVRO-2024 başladıqdan sonra sosial mediada ən çox izləyici qazanan futbolçu adına yiyələnib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bununla bağlı İspaniya mətbuatı məlumat yayıb.
Araşdırmaya əsasən, Avropa çempionatının startından qrup mərhələsinin son oyunlarına qədər 19 yaşlı futbolçu 1 milyon 93 min 669 yeni izləyici qazanıb. Kriştiano Ronaldoda isə bu göstərici 996 min 661 nəfərdir.
Qeyd edək ki, Türkiyə millisi 1/8 finalda Avstrya ilə, Portuqaliya isə Sloveniya ilə üz-üzə gələcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun