AZ

Arda Gülər Ronaldonu qabaqlayıb

Bakı. Trend:

Türkiyə millisinin və “Real”ın futbolçusu Arda Gülər AVRO-2024başladıqdan sonra sosial mediada ən çox izləyici qazanan futbolçuadına yiyələnib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bununla bağlı İspaniya mətbuatı məlumatyayıb.

Araşdırmaya əsasən, Avropa çempionatının startından qrupmərhələsinin son oyunlarına qədər 19 yaşlı futbolçu 1 milyon 93 min669 yeni izləyici qazanıb. Kriştiano Ronaldoda isə bu göstərici 996min 661 nəfərdir.

Qeyd edək ki, Türkiyə millisi 1/8 finalda Avstrya ilə,Portuqaliya isə Sloveniya ilə üz-üzə gələcək.

Seçilən
103
49
az.trend.az

10Mənbələr