AZ

İranda seçki qutularını daşıyan maşına hücum: ölənlər var

Naməlum şəxslər İranın Sistan və Bəlucistan vilayətlərində seçki qutularını daşıyan avtomobilə atəş açıblar.
BUTA.TV “Tasnim”ə istinadən xəbər verir ki, hücum nəticəsində təhlükəsizlik xidmətinin 2 işçisi həlak olub. Məlumata görə, hadisə zamanı daha 5 nəfər yaralanıb.

Qeyd edək ki, İran ərazisində fəaliyyət göstərən silahlı qruplaşmaların heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Seçilən
101
50
buta.tv

10Mənbələr