AZ

Şəhərdə silahlı insident: 2 ölü, 19 yaralı

Miçiqan ştatının Detroyt şəhərində baş verən silahlı insident nəticəsində azı 2 nəfər ölüb, 19 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə ştat polisi sosial şəbəkədə bildirib.

“Miçiqan ştatı polisi silahlı insidentin araşdırılmasında Detroyt Polis Departamentinə yardım edir. İlkin məlumatlara görə, 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər ölüb”, – məlumatda diqqətə çatdırılıb. Hadisə bazar günü küçə şənliyində baş verib.

Qeyd olunub ki, indiyədək heç kim saxlanılmayıb.

Seçilən
157
50
avtosfer.az

10Mənbələr