Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Atatürk prospektində kafedə yanğın baş verməsi barədə məlunat daxil olub.
FHN-dən Far.Az-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.
***14:38
Bakıda restoran yanır.
Far.Az-in məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Atatürk parkındakı restoranlardan birində qeydə alınıb.
Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Sözügedən görüntüləri təqdim edirik:
Banu Hüseynli Far.Az VİDEO VİDEO VİDEO QALEREYA