AZ

Bakıda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospektində yerləşən restoranda baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

14:50

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Bakının Nərimanov rayonu, Atatürk prospektində kafedə yanğın baş verməsi barədə məlunat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***14:38

Bakıda restoran yanır.

Hadisə paytaxtın Nərimanov rayonu, Atatürk parkındakı restoranlardan birində qeydə alınıb.

Hazırda hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
3
news365.az

10Mənbələr