AZ

İsrail aviasiyasının hücumu nəticəsində “Hizbullah”ın 4 döyüşçüsü öldürülüb

İsrail

Bakı, 28 iyun, AZƏRTAC

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Livanın cənubuna endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” hərəkatının 4 döyüşçüsü həlak olub.

AZƏRTAC xəbər verir ki, “Hizbullah” hərəkatı bu barədə sosial mediada məlumat yayıb.

Döyüşçülərdən ikisi Əl-Teyri qəsəbəsində, digər ikisi isə sərhəd yaxınlığında yerləşən Haddas rayonunda öldürülüb. Hücum nəticəsində bir mülki şəxsin də yaralandığı bildirilir.

“Hizbullah” buna cavab olaraq səhər saatlarından İsrail ordusunun Qərbi Qalileya rayonunun Ərəb əl-Aramş qəsəbəsində yerləşən mövqelərinə çoxsaylı raket zərbələri endirib. İsrail artilleriyası isə hərəkatın Livandakı Kfar-Killa, Tellet-Hamamis, El-Hiyam və El-Edeysa kəndləri yaxınlığındakı mövqelərini atəşə tutub.

Naharnet xəbər portalının məlumatına görə, 2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri Livanın cənubunda 96 dinc sakin İsrailin hava hücumları və top atəşinin qurbanı olub. Döyüşlər nəticəsində “Hizbullah” hərəkatı 487 döyüşçüsünü, İsrail ordusu isə 16 əsgərini itirib. Eyni zamanda 11 mülki israilli Livanın cənubundan açılan atəş nəticəsində ölüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
50
azertag.az

10Mənbələr