AZ

"Sabah" Madriddə Venesuela komandasına uduzub 2-ci oldu

İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnirdə çıxışını başa vurub.

Prosport.Az xəbər verir ki, Savalan Əlizadənin baş məşqçisi olduğu komanda turnirin “Bürünc Liqası”nın final matçında Venesuelanın “Talentos Vinotintos” komandası ilə qarşılaşıb.

Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın hər iki qoluna Nihad Həsənov imza atıb.

Bununla da, "Sabah"ın U-10 komandası “MadCup” turnirinin “Bürünc Liqası”nı 2-ci pillədə başa vurub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
8
prosport.az

10Mənbələr