AZ

“Sabah” İspaniyada ikinci oldu

İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnirdə çıxışını başa vurub.



Komanda.az xəbər verir ki, Savalan Əlizadənin baş məşqçisi olduğu komanda turnirin “Bürünc Liqası”nın final matçında Venesuelanın “Talentos Vinotintos” komandası ilə qarşılaşıb.



Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə nəticələnib. “Sabah”ın hər iki qolumuna Nihad Həsənov imza atıb.



Bununla da, “Sabah”ın U-10 komandası “MadCup” turnirinin “Bürünc Liqası”nı ikinci pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərSabah Futbol Klubu

Seçilən
89
8
komanda.az

10Mənbələr