AZ

"Sabah" İspaniyada ikinci oldu

İspaniyanın paytaxtı Madriddə keçirilən “MadCup” beynəlxalq turnirində iştirak edən “Sabah”ın U-10 komandası turnirdə çıxışını başa vurub.

AzxeberSport QOL.az-a istinadən xəbər verir ki, Savalan Əlizadənin baş məşqçisi olduğu komanda turnirin “Bürünc Liqası”nın final matçında Venesuelanın “Talentos Vinotintos” komandası ilə qarşılaşıb.

Oyun rəqibin 4:2 hesablı qələbəsi ilə nəticələnib. "Sabah"ın hər iki qolumuna Nihad Həsənov imza atıb.

Bununla da, "Sabah"ın U-10 komandası “MadCup” turnirinin “Bürünc Liqası”nı ikinci pillədə başa vurub. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
8
azxebersport.az

10Mənbələr