Boliviya hüquq-mühafizə orqanları ölkədə dövlət çevrilişinə cəhdin təşkilində təqsirli bilinən 10 hərbçini həbs edib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyon deyib.
"Demokratik yolla seçilmiş hökuməti devirmək üçün çevrilişə cəhd edən 10 hərbçi həbs edilib", - nəşr onun sözlərindən sitat gətirib.
Qeyd edək ki, bundan öncə çevrilişə cəhd edən general Xuan Xose Suniqanın saxlanıldığı barədə məlumat yayılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun