AZ

Boliviyada çevrilişə cəhd edən 10 hərbçi həbs edildi

Boliviya hüquq-mühafizə orqanları ölkədə dövlət çevrilişinə cəhdin təşkilində təqsirli bilinən 10 hərbçini həbs edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Karlos del Kastilyon deyib.

"Demokratik yolla seçilmiş hökuməti devirmək üçün çevrilişə cəhd edən 10 hərbçi həbs edilib", - nəşr onun sözlərindən sitat gətirib.

Qeyd edək ki, bundan öncə çevrilişə cəhd edən general Xuan Xose Suniqanın saxlanıldığı barədə məlumat yayılmışdı.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
14
milli.az

10Mənbələr