AZ

Brüsseldə Ukrayna və Avropa İttifaqı arasında təhlükəsizlik sazişi imzalanıb

Bu gün Brüsseldə Ukrayna və Avropa İttifaqı (Aİ) arasında təhlükəsizlik sahəsində qarşılıqlı öhdəliklər barədə razılaşma imzalanıb.

Sazişi Ukrayna tərəfindən Prezident Volodimir Zelenski, Aİ tərəfindən isə Aİ Şurasının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen imzalayıblar.

Müqavilə bağlanmazdan əvvəl Aİ diplomatiyasının rəhbəri Jozep Borrel bildirib ki, sənəd Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Kiyevə kömək məqsədilə istifadə edilməsi imkanını nəzərdə tutur.

Mənbə: TASS

Seçilən
77
47
seher.media

10Mənbələr