Ukrayna Avropa İttifaqından (Aİ) 1,9 milyard avro alıb. Bu barədə Ukrayna KİV-də ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib.
2023-cü il dekabrın 14-15-də Brüsseldə keçirilən Aİ sammitində Macarıstan Baş naziri Viktor Orban Aİ-nin 2024-2027-ci illər üçün büdcəsinə Ukraynaya 50 milyard avro vəsaitin ayrılmasını nəzərdə tutan düzəlişləri bloklayıb. Macarıstan Kiyevə vəsaitlərin xərclənməsinə ciddi nəzarət etməklə illik əsasda maliyyə yardımı göstərməyi təklif edib.
Aİ-nin baş diplomatı Cozep Borrell Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasından əvvəl jurnalistlərə açıqlamasında bildirmişdi ki, bu yardım Ukraynaya tez çatmalı və "hər hansı blokadaya yol verməməlidir".
Aytac
www.anews.az