AZ

Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırıb

Ukrayna “Ukraine Facility” proqramı üzrə Avropa İttifaqından (Aİ) 1,9 milyard avro alıb.

Ukrayna KİV xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

“Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyə (Pre-financing) tranşı daxil olub”, - məlumatda bildirilib.

Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
8
yeniazerbaycan.com

10Mənbələr