Müğənni Simge Sağın illər sonra ona xəyanət edildiyini etiraf edib.
Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kaan Ölkerin "Popcast" proqramına qonaq olan ifaçı sevgilisinin ona yaxın rəfiqəsi ilə xəyanət etdiyini deyib:
"Bu, mənim üçün çox çətin idi. Bir rüsvayçılıq idi deyərdim. O vaxtlar buna dözə bilmirdim. Mənə bunu yaşatdıqları üçün onların da yaşamasını istədim. Belə iyrənc hallar insanları çox çətin vəziyyətə salır".
Far.Az