AZ

"Belə kişilər vampirlərdir"

Müğənni Nura Suri Xalq artisti Murad Adıgözəlzadənin xanımı, Avroviziya təmsilçimiz Aysel Teymurzadəyə xəyanət etməsi iddiasına münasibət bildirib.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, sosial media hesablarında paylaşım edib. 

"Əsl xəyanət belə olur. Gəncliyini, gözəlliyini istifadə edib, yaşa dolanda yenisi ilə əvəzləyən kişilər vampirlərdir. Gənc qızların ən dəyərli olan gəncliyini son damlasına qədər bitirib, qucağına 2-3 uşaq da verib atırlar - köhnəlmiş əşya kimi. Sonra da yeni gənc qurban tapıb eynisini təkrarlayırlar", - deyə, Nura bildirib.

Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
28
milli.az

10Mənbələr