Almaniyada keçirilən futbol üzrə Avropa Çempionatının qrup mərhələsinə yekun vurulub.
Modern.az xəbər verir ki, E qrupunda Slovakiya Rumıniya ilə 1:1, Ukrayna isə Belçika ilə 0:0 hesablı heç-heçə edib. Bundan sonra yenə bütün komandalar xalı eyni - 4 xal olub. Ancaq əlavə göstəricələrə əsasən, Rumıniya qrup 1-cisi, Belçika qrup 2-cisi, Slovakiya isə ən yaxşı qrupu 3-cü yerdə bitirən 4 komandadan 1-i olaraq pley-offa yüksəlib. Ukrayna isə turnirlə vidalaşıb.
Azərbaycanlı futbolsevərlərin əsas diqqəti F qrupunda idi. Burada qardaş ölkə Türkiyə Çexiyanı məğlub edərək qrupda ikinci yeri tutub və 1/8 finala adlayıb. Portuqaliya isə qonşu Gürcüstanla qarşılaşıb. Gürcülər bu matçda gözlənilməz qələbə qazanmaqla qrup üçüncüsü kimi 1/8 finala yüksəliblər.
E qrupu
Slovakiya - Rumıniya - 1:1
Ukrayna - Belçika - 0:0
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Rumıniya | 3 | 1 | 1 | 1 | 4-3 | 4 |
2 | Belçika | 3 | 1 | 1 | 1 | 2-1 | 4 |
3 | Slovakiya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
4 | Ukrayna | 3 | 1 | 1 | 1 | 2-4 | 4 |
F qrupu
Çexiya - Türkiyə - 1:2
Gürcüstan - Portuqaliya - 2:0
N | Komandalar | O | Q | H | M | T-F | X |
1 | Portuqaliya | 3 | 2 | 0 | 1 | 5-3 | 6 |
2 | Türkiyə | 3 | 2 | 0 | 1 | 5-5 | 6 |
3 | Gürcüstan | 3 | 1 | 1 | 1 | 4-4 | 4 |
4 | Çexiya | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |