AZ

AVRO-2024: Bu gün Türkiyənin oyunu var

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 finalın son oyunları keçiriləcək.

 

Sfera.az xəbər verir ki, günün ilk matçı Düsseldorfdakı "Esprit Arena"da İngiltərə və İsveçrə komandaları arasında olacaq.

 

İngiltərə millisi 1/8 finalda Slovakiyanı 2:1 hesabı ilə məğlub edib. İsveçrə isə İtaliya yığmasından üstün olub - 2:0.

 

İtaliyalı referi Daniele Orsatonun idarə edəcəyi matç saat 20:00-da başlayacaq.

 

1/4 finalın son qarşılşamasında Türkiyə millisi Niderlandla üz-üzə gələcək. 1/8 finalda Türkiyə yığması Avstriyanı (2:1), Niderland isə Rumıniyanı (3:0) məğlub edib.

 

Fransalı referi Klement Turpinin idarə edəcəyi matç Berlindəki Olimpiya stadionunda baş tutacaq.

 

AVRO-2024

 

1/4 final

 

6 iyul

 

20:00. İngiltərə - İsveçrə

 

Baş hakim: Daniele Orsato (İtaliya).

 

Düsseldorf, "Esprit Arena".

 

23:00. Niderland - Türkiyə

 

Baş hakim: Klement Turpin (Fransa).

 

Berlin, Olimpiya stadionu.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
50
sfera.az

10Mənbələr