AZ

“Qəbələ”də yeni müdafiəçi

2024/25 mövsümünün transfer çalışmalarına start verən "Qəbələ" heyətinə yeni futbolçu qatıb.
Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
Müdafiəçi Vüqar Həsənov "qırmızı-qaralar"ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Həsənov son iki mövsümdə "Səbail"in formasını geyinib. O, bunadək "Şamaxı-2" (2017-18), "Neftçi-2" (2020), "Kəpəz" (2021-22) komandalarında çıxış edib.
Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

Seçilən
106
28
sport24.az

10Mənbələr