AZ

“Qəbələ” millimizin üzvünü transfer etdi

2024-2025-ci illər mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Bizim.Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib.

O, bunadək “Şamaxı-2” (2017-18), “Neftçi-2” (2020), “Kəpəz” (2021-22) komandalarında çıxış edib. Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
28
bizim.media

10Mənbələr