AZ

Gənclər yığmasının müdafiəçisi "Qəbələ"də – 2 illik imza

Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Sportinfo.az xəbər verir ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

V.Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.

Müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
28
sportinfo.az

10Mənbələr