AZ

“Qəbələ”də yeni müdafiəçi

2024/25 mövsümünün transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-18), “Neftçi-2” (2020), “Kəpəz” (2021-22) komandalarında çıxış edib.

Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
28
idman.biz

10Mənbələr