2024-cü il Avropa Futbol Çempionatında Türkiyə-Portuqaliya matçında meydançaya tullanaraq Kriştiano Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı Berat Uluğa UEFA tərəfindən ağır cəza verilib.Bakuinfo.net xəbər verir ki, UEFA-nın verdiyi açıqlamada Beratın AVRO-2024-də bütün oyunlardan uzaqlaşdırılacağı, heç bir oyuna buraxılmayacağı bildirilib.Qeyd edək ki, Berat Uluğ AVRO 2024 F qrupunun ikinci matçı olan Türkiyə - Portuqaliya matçında meydançaya tullanaraq Ronaldo ilə şəkil çəkdirmiş, daha sonra isə qaçaraq oradan uzaqlaşmışdı.Açıqlamada həmçinin bildirilir ki, Berat azyaşlı olduğu üçün ona qarşı cinayət işi açılmayacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta