AZ

Qaz kəmərlərinin gəlirləri artıb

2024-cü ilin birinci rübündə Azərbaycanın magistral qaz kəmərləri ilə yükdaşımalardan əldə etdiyi gəlirləri 669 milyon 264,9 min manat təşkil edib. Bu da əvvəlki ilin eyni dövrünə nisbətən müqayisədə 29 milyon 13 min manat və ya 4,5 faiz artım deməkdir.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar–mart aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 11 milyard 133,6 milyon kubmetr qaz nəql edilib.  Bu sahədə əvvəlki ilin göstəricisinə nisbətən 1,2 faiz artım müşahidə olunub. Qaz nəqlinin 5 milyard 582,1 milyon kubmetri və ya 50,1 faizi Bakı–Tbilisi–Ərzurum (Cənubi Qafqaz qaz boru kəməri) kəməri vasitəsilə həyata keçirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
2
xalqqazeti.az

10Mənbələr