AZ

Azərbaycanda magistral qaz kəmərlərində itkilər azalıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda magistral qazkəmərlərində 14,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə8,6% azdır.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ötən ilinmüvafiq dövründə respublika üzrə qaz kəmərlərində itkilər 16,2 mln.kubmetr təşkil edib.

Belə ki, cari ilin yanvar-mart aylarında Azərbaycanda magistralqaz kəmərləri ilə 11 133,6 mln. kubmetr qaz nəql edilib və əvvəlkiilin göstəricisinə nisbətən 1,2% artım müşahidə olunub. Qaznəqlinin 50,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəmərivasitəsilə həyata keçirilib və hesabat dövründə bu kəmərlə 5 582,1mln. kubmetr qaz ötürülüb (1,28%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərlərində59,8 mln. kubmetr itki olub, bu da illik müqayisədə 18,2% çoxdur.2023-cü ildə il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 283,3mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən0,1% artım müşahidə olunub. Qaz nəqlinin əksər hissəsiBakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyatakeçirilib. Belə ki, hesabat dövründə bu kəmərlə 21 800,1 mln.kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə4,8%-lik artım).

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
7
az.trend.az

10Mənbələr